Haqqımızda

“Ailəm Electronics” Azərbaycan bazarında kompüter avadanlığı, elektronika, mobil aksesuar, o cümlədən smart məişət texnikasının təchizatı sahəsində fəaliyyət göstərən aparıcı innovativ İT şirkətlərindən biridir.

Bazarda fəaliyyət göstərdiyimiz illər ərzində məhsul portfelimiz Asus, Dell, HP, MSI, Sony, Panasonic, Epson, Canon, Xerox kimi aparıcı beynəlxalq brendlərin əlavə edilməsi ilə genişləndirilmişdir.

Şirkət dinamik kompüter avadanlığı bazarında fəal inkişaf edən etibarlı biznes tərəfdaş kimi artıq özünü sübut edib. Əsas məqsədlərimizdən biri tərəfdaşlara yüksək səviyyəli xidmət və rəqabətli qiymətlər təqdim edərək dürüst kommersiya siyasətini həyata keçirməkdir. 

Əməkdaşlıq etdiyimiz təchizat və tərəfdaş şirkətləri arasında sıx əlaqələrin davam etdirilməsini təmin edən şirkətimiz, geniş çeşidli və yüksək keyfiyyətli məhsul və xidmətlər, həmçinin əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasını təmin edir.

Sistemlərimiz, biliklərimiz və ixtisaslarımız üzərində işlədiyiniz istənilən layihədə sizə kömək etmək üçün nəzərdə tutulub.

Biz yeni nəsil elektron avadanlıqların Sizin günlük həyatınıza  kömək etməsi üçün daim yeni texnologiyalar və innovasiyaların nəbzini tuturuq. Sizin uğurunuz bizim uğurumuzdur!


VERGİ ÖDƏYİCİSİNİN ADI 

“AİLƏM ELECTRONİCS” Məhdud Məsuliyyətli Cəmiyyət

DÖVLƏT QEYDİYYATI № (VÖEN): 3801367941