Privacy Policy

“ailemelectronics.az” saytına xoş gəlmisiniz (bundan sonra “sayt”).

Sizin şəxsi məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi “Ailəm Electronics” üçün çox böyük əhəmiyyət kəsb etdiyindən, şəxsi məlumatlarınızın toplanması və idarə olunmasını yüksək ehtiyatlılıq dərəcəsi ilə həyata keçiririk. Biz onların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görürük. Burada Siz “ailemelectronics.az” saytına daxil olarkən və təklif etdiyimiz xidmətlərdən istifadə edərkən şəxsi məlumatlarınızın “Ailəm Electronics” şirkəti tərəfindən emalı ilə bağlı əsas məlumatlarla tanış ola bilərsiniz.

Sizdən həmçinin, “ailemelectronics.az” saytının xidmət şərtlərimiz haqqında ətraflı məlumatın əks olunduğu “Ümumi istifadə müddəaları və şərtləri” bölməsi ilə tanış olmağınızı xahiş edirik. 

 

Şəxsi məlumatların nəzarətçisi kimdir?

Aşağıda sizin şəxsi məlumatlarınızın nəzarətçisi qismində çıxış edən AZ1014, S. Rüstəm küç. 1G, Nəsimi r., Bakı ş., Аzərbaycan ünvanı üzrə qeydiyyatdan keçmiş, VOEN 3801367941 olan “Ailəm Electronics” MMC şirkəti tərəfindən həyata keçirilən şəxsi məlumatlarınızın emalı üzrə əsas məlumatlar təqdim olunur.

 

Hansı şəxsi məlumatlar emal olunur və nə üçün?

“Ailəm Electronics” MMC şirkəti Sizin sifariş yerləşdirərkən və məhsul alarkən bizə təqdim etdiyiniz şəxsi məlumatlarınızı, eləcə də “ailemelectronics.az” saytında olduğunuz zaman nəzərdən keçirdiyiniz və ya istifadə etdiyiniz xidmətlər haqqında məlumatları emal edir. Beləliklə, “Ailəm Electronics” ad və soyad, çatdırılma və hesab ünvanı, saytda nəzərdən keçirdiyiniz məlumatlar və Sizin müştəri vərdişləriniz haqqında məlumatları toplaya bilər. Sizin şəxsi məlumatlarınız aşağıdakı məqsədlər üçün emal olunur:

 

- “ailemelectronics.az” saytında təklif olunan məhsullar üzrə alqı-satqı müqavilələrinin bağlanması və yerinə yetirilməsi;

- “ailemelectronics.az” saytında xəbərlərə abunəlik kimi xidmətlərin göstərilməsi;

-  Saytda qeydiyyat və qeydiyyatdan keçmiş istifadəçilərə təqdim olunan xidmətlərdən istifadə;

-  Müştəri xidmətimizə yönləndirilmiş sorğulara nəzarət.

 

Alış-veriş zamanı müştərinin daxil etdiyi bank kartı məlumatları satıcı tərəfindən saxlanılmır.

 

Qeyd olunan hallarda, tərəfinizdən xüsusi qaydada sorğu olunmuş xidmətlərin göstərilməsi üçün Sizin şəxsi məlumatlarınızın emalı Sizinlə bağlanmış Müqavilənin yerinə yetirilməsi çərçivəsində qanunidir.

 

Biz, həmçinin, istifadəçilərin saytla necə qarşılıqlı əlaqə qurduğunu anlamaq və təqdim etdiyimiz təkliflərimizi və xidmətlərimizi gələcəkdə daha da yaxşılaşdırmaq üçün statistik tədqiqatlar və məlumat təhlilini birgə aparırıq.