Zəmanət öhdəlikləri

Hörmətli Alıcı, məhsulları Bizim şirkətimizdən aldığınız üçün Sizə təşəkkür edirik. Xahiş edirik ki, əvvəlcə, aldığınız məhsul haqqında Sizə təqdim edilənməhsulun zəmanət talonu və aldığınız məhsulun İstifadə Təlimatları ilə yaxından tanış olasınız. Çünki, göstərilən tələblərə mütləq riayət edilməlidir.

Məhsulu alarkən onun Sizin yanınızda yoxlanılmasını, zəmanət talonunun doldurulmasını və möhürlənməsini tələb edin. Zəmanət talonu təqdim edilmədiyi halda, şikayətlər (iddialar) qəbul edilmir və təmir işləri yerinə yetirilmir. Məhsulun normal işinə zəmanət talonunda göstərilmiş müddət ərzində zəmanət verilir. Əgər zəmanət qüvvədə olan müddətdə məhsul zədəli ya da keyfiyyət tələblərinə müvafiq olmasa, aşağıda göstərilən şərtlərə riayət edilərək nöqsanların aradan qaldırılmasını və nöqsanlı hissələrinin əvəz edilməsini və ya zəmanətli təmirin pulsuz yerinə yetirilməsini öz öhdəmizə götürürük:

1.  Məhsul təlimatların tələblərinə müvafiq olaraq normal məişət şəraitində istifadə olunmalıdır.

2.  Bu zəmanət məhsulun yalnış, səliqəsiz və ya həddən artıq istifadə edilməsi, yanğın və qəza nəticəsində zədə alması, məhsulun öz ixtisası üzrə istifadə edilməməsi, ixtisassız şəxslə keyfiyyətsiz və yalnış montaj və ya işə salınması, göstərildiyi texniki təlimatlara riayət edilməməsi hallarına aid edilmir.

3. İstehsalçı şirkət tərəfindən əvvəlcədən quraşdırılmış lisenziyalı proqram təminatları məhsulun istifadəçi tərəfindən əldə edilməsindən dərhal sonra bir ay ərzində qeydiyyatdan keçirilir. Tələb olunan ali prosedurlar yerinə yetirilmədiyi halda, proqram təminatını istifadə etmə hüququnun itirlməsi haqqında heç bir pritenziya satıcı-şirkət tərəfindən qəbul edilmir. Belə hallarda sifarişçi lisenziya razılığının nömrələrini göstərməklə bilavasitə proqram təminatçısının hazırlayıcısına müraciət etməlidir.

 

Zəmanətə daxil deyil:

a)  Kompüterə istifadəçi tərəfindən salınmış virusların təmizlənməsi, həmçinin kompüterdə əvvəlcədən quraşdırılmamış əlavə proqramların quraşdırılması və əməliyyat sistemi

b)  Virusun düşməsi və ya istifadəçinin özünün yanlış hərəkəti ( diskin sıradan çıxması ilə əlaqədar silinənlər, itirilənlər və formatlama) nəticəsində korlanmış proqram təminatlarının bərpası.

4.  Zəmanət qüvvədə olan vaxtda məhsulun hissələri keyfiyyət standartlarına uyğun olmayan və Bizim tərəfimizdən təmin edilməmiş hissələrlə dəyişdirilərsə və məhsulu ixtisassız şəxs təmir etsə, Biz zəmanətin qüvvəsinin tam və qismən dayandıra bilərik.

5.  Bu zəmanət labüd və gözlənilməyən zədələr müstəsna olmaqla, “Alıcıya” məhsulun və onun hissələrinin təmir edilməsinə xüsusi imkan veriir.

6.  Bu zəmanət qısa müddətli işləmə qabiliyyətinə malik olan kartriclərə, tonerlərə, məhsulun gövdəsinə və başqa hissələrinə aid edilmir.

7.  Əgər avadanlıq elektrik gərginliyi səbəbindən sıradfan çıxıbsa, zəmanət etibarsız sayılır.

8. Bütün şikayətlərə baxılır və bütünlüklə həll olunur.                                                                                                                                                                                                

* Yuxarıda göstərilən şərtləri bilməmək və ya yerinə yetirməmək alıcını məsuliyyətdən azad etmir!